İrfan Davudov Azərbaycanın Malayziyada səfiri təyin edilib

İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
"Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.