Niyam Salami:"...Toy qiymətlərini qaldırdım"

Müğənni Niyam Salami növbəti açıqlaması ilə diqqət çəkib.
“Sherg.az” xəbər verir ki, o, “Onda görüşək” proqramında bu fikirləri səsləndirib:
“Pandemiyadan sonra toy  qiymətlərini qaldırdım. Dua edirdim ki, öz məkanımda oxuyum. O da qismət oldu. Toyun qiyməti 3 mindir, yarım saata 2500-ə gedirəm. İstəyirsən, çağır. İstəmirsənsə, karantin dövründə məni sən saxlamadın ki. Öz sənətimin hesabına dolandım. “Qaqa”, “ brat” deyənlər 28 May-da dolu idi. Onları tapa bilmədim. Əvvəllər dost-tanışın toyuna da gedirdim. Bəsdirin. İndi öz səhnəmə çıxıram. Orada alqışlanıram, ac deyiləm. Toya getməsəm də, olar”.