Azərbaycanda yoluxanların sayı 300 nəfəri keçib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Sherg.az”a verilən məlumata görə, bu gün koronavirusdan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 339 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 782 nəfər müalicə olunaraq sağalıb, 5002 nəfər vəfat edib. 2 861 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10448, bu günə qədər isə ümumilikdə 3 954 016 test icra olunub.