Şəmkirdə baş verən qəzada iki nəfər ölüb

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ilə "VAZ "markalı avtomobil toqquşub.

Qəza zamanı iki nəfər hadisə yerində ölüb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.