72 yaşlı Abid İsmayılov velosipedlə qonşu ölkələri gəzir - VİDEO


 Mingəçevirdə yaşayan Abid İsmayılov 72 yaşı olmasına baxmayaraq, gənclərdən fərqlənmir.

“Mən nə qədər qoca olsam da, dəyərəm min cavana” deyən Abid İsmayılov hər yerə velosipedi ilə gedib-gəlir. Təxminən 10 il ərzində qonşu ölkələrin, demək olar, hamısını velosipedi ilə gəzib.

Arzusu isə Avropanı sevimli yol yoldaşı ilə gəzməkdir. Onun bu istəyinə dünyəvi bəla olan koronavirus mane olur. 

O deyir ki, gün ərzində 80-100 km yol gedə bilər. Abid İsmayılov bu il 55 günlük Azərbaycan turnesinə çıxıb. Şimal-qərb bölgəsini gəzən Abid dayı regionun tarixi, turizm məkanlarında olduğunu deyir.

Mingəçevir sakini onunla yola çıxmaq istəyənlərin çox olduğunu bildirir. Amma məsafələrin uzun olması çoxlarını fikrindən daşındırıb. İndi Abid İsmayılovun ən böyük arzusu isə quru sərhədləri açılan kimi Avropaya səyahət etməkdir.