Teatr və kinoteatrların fəaliyyəti bərpa edilir? - AÇIQLAMA

Bu dəqiqə müzakirə edilən mövzular arasında teatr və kinoteatrların açılması da var.
Oxu.Az xəbər verir ki, brifinqdə Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Ş.Mövsümovun sözlərinə görə, əgər gələcəkdə bu sahənin fəaliyyəti bərpa edilərsə, giriş COVID-19 pasportu ilə mümkün olacaq:
“Yəni, teatr və kinoteatrlar açılarsa, giriş zamanı COVID-19 pasportu tələb ediləcək”.