Dünyanın ən böyük sapfir daşı

Evin bağçasında tapıldı 

Şri-Lankanın Ratnapura bölgəsində bir evin bağçasında dünyanın ən böyük sapfir daşı tapılıb. Bu barədə “BBC Türk” məlumat yayıb. Məlumatda qeyd olunur ki, ev sahibi bağçada quyu qazarkən göy rəngli iri daş parçasını üzə çıxarıb.
Daşın qiymətli ola biləcəyini təxmin edən ev sahibi bu sahə üzrə mütəxəssisə məlumat verib. Qiymətli daşlar üzrə mütəxəssis doktor Gamini Zoysa daşın mavi sapfir olduğunu bildirib. Sapfir daş 510 kiloqram çəkiyə malikdir. Dəyəri isə təxminən 100 milyon dollardır.   Mütəxəssis mavi sapfirin 400 milyon il əvvələ aid olduğunu da təxmin edir. Qeyd edilir ki, Şri-Lanka qiymətli daşlar ixracında dünyada öncül sıralardadır.