Şikəst uşaq 35 il sonra öldü

Baxıcı 5 aylığında körpəyə zərər yetişmişdi, indi məhkəməyə çıxarılacaq

Baxıcının 5 aylıq körpəni möhkəm bir şəkildə silkələməsi uşaqda beyin zədələnməsinə səbəb olub. Uşaq şikəst olub, 35 il sonra isə həyatla vidalaşıb. “Şərq”  “İndependent Türkcə”yə istinadən xəbər verir ki, tibbi ekspertiza şəxsin ölümünə səbəb kimi məhz 5 aylığında güclü bir şəkildə silkələnməsindən beyində əmələ gəlmiş zədələnməni göstərib. Buna görə də o zaman körpənin baxıcısı olmuş qadın istintaqa cəlb edilib. 
Hadisə isə 1985-ci ildə baş verib. Ray və Joo Doulinq cütlüyü 5 aylıq körpələri Benjamini baxıcıya etibar ediblər. Baxıcı isə körpəyə zərər yetirib. Valideynlər  “Benjamin zədə aldıqdan sonra inkişafdan geri qaldı, ailəsinə, başqalarına möhtac yaşadı. Əsla iməkləmədi, tam olaraq dönə, fırlana bilmədi. Addım atmadı, qaçmadı.

Özü yemək yeyə bilmədi. Daim biz oni yedizdirmək məcburiyyətində qaldıq. Bir hamburqer və ya dondurma yemənin ləzzətini ala bilmədi. Bir yeri ağrıdığında, hətta qaşındıqda belə söyləyə bilmədi.

Biz onun ehtiyaclarını ödəməyə çalışdıq. Bilmirik, buna nail ola bildikmi?!”, söyləyiblər. Benjaminin baxıcısı, hazırda 59 yaşlı Terriy McKirchi birinci dərəcəli cinayətdə şübhəli bilinərək hazırda ABŞ-ın Florida ştatında məhkəmə istintaqının başlanmasını gözləyir. 

Maraqlıdır ki, baxıcı qadın 1985-ci ildə cinayətə təşəbbüs suçlamasına etiraz bildirməyib, Benjaminə zədə yetirməsini isə rədd edib. Cəzaya etiraz etməməsinin səbəbi isə baxıcının o zaman hamilə olmasıdır.

Cəzaya etiraz etmədiyi üçün məhkəmə onun barəsində doğuşa qədər yalnız həftəsonları həbsdə qalmaq cəzası çıxarıb.

İndi isə 35 yaşlı Benjaminin ölümünə 5 aylıqkən aldığı beyin zədəsinin səbəb olduğu müəyyənləşdiyindən baxıcı təkrar məhkəmə qarşısına çıxacaq.