Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Şuşaya səfəri başlayıb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop, Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər və Milli Məclisin sədri Sahibə Qafarovanın Şuşa şəhərinə səfəri başlayıb.

Bu barədə “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir.

Parlament sədrləri bu gün şəhəri gəzəcək, ermənilərin işğal dövründə Şuşada törətdikləri dağıntı və vandalizm aktları və hazırda aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar.