Dünyanın ən böyük safir daşı - Fotolar

Şri-Lankada bir evin həyətində quyu qazan işçilər çəkisi 500 kiloqramdan çox olan 2,5 milyon karatlıq safir daşı tapıblar.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, Ratnapura şəhərində tapılan qiymətli daşın uzunluğu 1 metr, eni isə 70 sm-dir.
Mütəxəssislər dünyanın ən böyüyü olduğu təxmin edilən sapfirin 400 milyon əvvələ aid olduğunu və təxminən 100 milyon dollar dəyərində olduğunu söyləyib. Evin sahibi verdiyi müsahibəsində deyib:
“Quyu qazan adam bizi bəzi nadir daşlar haqqında xəbərdar etdi. Sonra bu nəhəng nümunəyə rast gəldik".