Bu il ərzində neçə uşaq övladlığa verilib? - RƏSMİ

“2021-ci ilin 6 ay ərzində övladlığa götürülmə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə 182 müraciət daxil olub”.
Oxu.Az-ın məlumatına görə, bunu agentliyin sədri Vüqar Behbudov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, müraciətlərdən 58-i müəssisədən olan uşaqlarla bağlı olub:
“Bu ilin altı ayında 28-i qız, 26-sı oğlan olmaqla 54 uşaq övladlığa verilib”.
O qeyd edib ki, 2020-ci ilin 6 ayında 31 uşağın ailələrinə reinteqrasiya edilməsi təmin edilib.