Türkiyənin daha iki turizm bölgəsində yanğın başlayıb

Türkiyənin daha iki turizm bölgəsində - Muğlanın Milas rayonunda və Aydın vilayətinin mərkəzi qəsəbəsi Didimdə yanğın başlayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrədiin Altun ölkənin bir çox yerində baş verən yanğınla əlaqədar böyük miqyaslı araşdırma başlandığını bildirib.