Aİ ilə münasibətlərin yeni reallıqları və əməkdaşlıq perspektivləri... 

 

Azərbaycanın xarici siyasətində prioritet olaraq qəbul edilən məqamlardan biri beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından biri olan Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı əlaqələrdir. Azərbaycan Aİ-nın “Şərq Tərəfdaşlığı” proqramının fəal iştirakçılarından biridir. Həmçinin, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Qeyd edilməlidir ki, həm Azərbaycan, həm Aİ son illərdə münasibətlərin bütün səviyyələrdə inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş etdirir.

Xatırladaq ki, Avropa İttifaqının (Aİ)  Azərbaycanla ikitərəfli münasibətləri 22 aprel 1996-cı il tarixində Lüksemburq şəhərində imzalanmış və 1 iyul 1999-cu ildən qüvvəyə minən Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə (TƏS) əsaslanır. TƏS sənədi Aİ ilə, hərbi sahə istisna olmaqla, bütün sahələrdə əməkdaşlığın formatını müəyyən etməklə münasibətlərin hüquqi əsasını təşkil edir. 10 il müddətinə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin icra müddəti 2009-cu ildə bitdiyi üçün onun icrası yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 il müddətinə uzadılır.   

Azərbaycan - Aİ münasibətlərinə təsir göstərən amilləri əsasən Azərbaycanın geostrateji, iqtisadi - siyasi maraqları, Aİ-nın Cənubi Qafqazda geosiyasi maraqları kimi qısa olaraq belə qeyd etmək olar.ŞT proqramının ikitərəfli və çoxtərəfli olaraq iki aspekti var. Aİ Azərbaycanla habelə digər  tərəfdaş ölkələrlə hər iki istiqamət üzrə əməkdaşlıq edir. Azərbaycan isə Avropa İttifaqı ilə əsasən ikitərəfli münasibətlərə üstünlük verir.ŞT Azərbaycan üçün çoxtərəfli platformada müəyyən məsələlər üzrə fikir mübadiləsi aparmaqla, regional siyasət kontekstində öz milli maraqlarını inkişaf etdirmək, bunun üçün müxtəlif təşəbbüslər irəli sürmək və beləliklə də, Aİ ilə ikitərəfli əməkdaşlıq gündəliyinə tamamlayıcı dəstək rolunu oynayır.

Münasibətlərin inkişaf perspektivləri:Məlum olduğu kimi, bölgədə yaranmış yeni geosiyasi vəziyyət, postmüharibə dövrü, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinin aparılması, regional nəqliyyat layihələrinin həyata keçirilməsi məsələləri Azərbaycanla Avropa İttifaqı () arasında əməkdaşlığın perspektivləri olaraq müzakirə olunur. Aİ ilə əlaqələr baxımından mütləq surətdə siyasi dialoqa və hər iki tərəf üçün faydalı əməkdaşlığa yeni təkan verən  məqamlar vurğulanır. Məhz bu səbəbdəndir ki, rəsmi Bakı Aİ ilə assosiativ üzvlük  formatı əvəzinə, hər iki tərəf üçün faydalı olan strateji tərəfdaşlıq üzrə yeni hərtərəfli saziş təklifini irəli sürüb. Xatırladaq ki, 2015-ci ildə Riqa Zirvə görüşündən sonra, Aİ - Azərbaycan münasibətlərində keyfiyyət və mahiyyətcə yeni gündəliyə keçid başladı. Azərbaycanın rəhbərliyi bu barədə açıq və konkret mövqe bildirdi. Azərbaycanın qətiyyətli mövqeyi  rəsmi Brüssel tərəfindən qəbul edildi, Aİ rəhbər şəxslərinin ölkəmizə səfərləri təşkil edildi və TƏS-i əvəzləyəcək yeni ikitərəfli saziş layihəsi üzrə danışıqlara Aİ tərəfindən mandat verildi.

Beləliklə, Aİ tərəfi ilə dialoqda daha bərabərhüquqlu ruhda əməkdaşlığın bünövrəsi qoyuldu.2017-ci ildə Azərbaycan tərəfindən təklif edilən əməkdaşlıq formatı/saziş əlavə olaraq münasibətlərin miqyasını və tərəflərin istəklərini müəyyən edirdi.[1]Aİ və Azərbaycan arasında yeni hərtərəfli sazişə dair danışıqlar, siyasi dialoq və hər iki tərəf üçün faydalı əməkdaşlığa yeni təkan verməküzrə fəaliyyətə başladı və 2018-ci ildə "Tərəfdaşlığın prioritetləri" adlı sənəd imzalandı. Azərbaycan öz qəti mövqeyi ilə iqtisadi, siyasi, geosiyasi, müstəqilliyini qoruyub saxlayaraq Aİ ilə strateji tərəfdaş olmağa hazır olduğunu göstərdi. Bunun əsasında Aİ Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını əks etdirən yeni bir sənədi də qəbul etdi.Həmçinin bu saziş əlavə olaraq münasibətlərin miqyasını və tərəflərin istəklərini müəyyən etdi.Bu, Şərq Tərəfdaşlığının dörd prioritet istiqaməti ilə yanaşı, Aİ Azərbaycan siyasi dialoqunu və əməkdaşlığını da müəyyənləşdirir. Həmçinin, Aİ Azərbaycanın iqtisadi modernləşdirilməsinə öz töhfəsini verir, bu əməkdaşlıq xüsusilə də təhsil, sahibkarlıq və regional inkişaf kimi sahələri də əhatə edir. Aİ, həmçinin Azərbaycanda investisiya və biznes mühitinin daha da təkmilləşməsi prosesinə öz dəstəyini göstərir. “2018-2020-ci illər üçün Azərbaycan - Aİ Tərəfdaşlıq Prioritetləri” sənədinin hazırlanması hədəfi qoyulmuşdur. Bu sənəd, tərəflər arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə prioritetlərin müəyyən edilməsi və 3 il üçün (2018-2020) konkret layihələr şəklində həyata keçirilməsi məqsədini daşıyıb.

Azərbaycan Aİ-ninbir çox proqramlarında və agentliklərində iştirak edir. Buna dair Aİ və Azərbaycan arasında Protokol 2014-cü ildə imzalanmışdır. Protokol Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş, 6 iyul 2016-cı il tarixindəAvropa Parlamenti tərəfindən ratifikasiya olunaraq qüvvəyə minmişdir.  

Azərbaycan Respublikası və Aİ arasında viza rejiminin sadələşdirilməsi və icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişlər müvafiq olaraq 29 noyabr 2013-cü il tarixində və 28 fevral 2014-cü il tarixində imzalanıb. Hər iki saziş 1 sentyabr 2014-cü il tarixində qüvvəyə minib. Bu, Azərbaycan vətəndaşlarına, xüsusilə də tez-tez səyahət edənlərə, daha asan və ucuz viza almaqla Aİ-nin bir çox ölkələrinə səfər etmək imkanı ilə təmin edir.Həmçinin viza rejiminin sadələşdirilməsi sazişi əsasən təqaüdçülər, tədqiqatçılar, tələbələr, 12 yaşına qədər olan uşaqlar viza rüsumundan tamamilə azad olunurlar.Qeyd etmək lazımdır ki, Aİ-nin Erasmus+ proqramı 2015-ci ildən 2018-ci ilə kimi Azərbaycanın təxminən 1300 tələbə və müəllim heyətinə Aİ ölkələrində təhsil almaq və ya dərs demək imkanı verib.[2]

Azərbaycan Respublikası, Aİ və onun iştirakçı üzv dövlətləri arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamənin 5 dekabr 2013-cü il tarixində Brüsseldə imzalanıb. Birgə Bəyannamə Sənədi Azərbaycan Respublikası Prezidentinin 6 mart 2014-cü il tarixli 312 nömrəli Sərəncamı ilə təsdiq olunub. Birgə Bəyannamənin əsas məqsədi Azərbaycan Respublikası və Aİ arasında insanların hərəkətinin asanlaşdırılması, miqrasiya axınlarının müvafiq beynəlxalq standartlara uyğun daha yaxşı idarə olunması və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsidir.

Azərbaycan Respublikasının Avropa İttifaqının proqramlarinda iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu Avropa Komissiyasının sabiq prezidenti J.M.Barrozunun 14 iyun 2014-cü il tarixində Bakıya səfəri zamanı tərəflər arasında imzalanmışdır.

Həmçinin qeyd etmək lazımdır ki, Aİ, Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə  ölkəmizin yuxarı orta gəlirli ölkələr qrupuna daxil olmasını əsas gətirərək, 22 fevral 2014-cü il tarixindən etibarən Azərbaycanın Aİ-nin Ümumiləşdirilmiş Üstünlüklər Sxemindən (GSP) istifadəsini dayandırmışdır. HazırdaAzərbaycanüçünstandart “ƏnƏlverişliÖlkə” (Most Favoured Nation) rejimi  tətbiqolunur.[3]

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri kimi: Aİ ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalmaqda davam edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2018-ci ildə Aİ ölkələrinin Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı təqribən 42 faiz, o cümlədən idxalda 20 faiz, ixracda isə 54 faiz təşkil etmişdir. Belə ki, Azərbaycan Respublikasının Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi təqribən 12,9 milyard  ABŞ dolları, o cümlədən idxalın həcmi 2,3 milyard ABŞ dolları, ixracın həcmi 10,6 milyard ABŞ dolları təşkil etmişdir. Bu göstəricilər əsasən, Aİ ölkələrinin Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı təqribən 42 faiz, o cümlədən idxalda 20 faiz, ixracda isə 54 faiz təşkil etmişdir.2020-ci ildə isə ticarət dövriyyəsi 9,33 milyard ABŞ dolları təşkil edib. Son 8 ildə Aİ-nin Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 20 milyard dollardan çoxdur.[4]

2017-ci il Aİ-nin Azərbaycan üzrə nümayəndəliyi üçün daha çox bölgəni əhatə edən və müxtəlif alətlərin cəlb edildiyi ən intensiv il “ictimai diplomatiya ili” oldu. “İctimai diplomatiya ili”/2017-ci il ərzində Aİ tərəfindən Azərbaycanda İMAGİNE Avropa Tolerantlıq Festivalı, Avropa Kino Festivalı, müzakirələr, mühazirələr, debatlar, regionlara Avropa avtobus turları, "ASAN Radio"da “AvropadASAN” verilişinin və www.sizinavropa.az portalının açılması həyata keçirildi. Həmçinin sosial sahədə aparılan islahatlar və milli prioritetlər barədə Avropa İttifaqı missiyasının ölkəmizdə fəaliyyəti ilə bağlı qeyd etmək lazımdır ki, İttifaqın Azərbaycan üzrə 2021-2027-ci illər üçün Çoxillik İndikativ Proqramlaşdırmanın aparılması prosesi ilə əlaqədar fəaliyyət həyata keçirir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasının, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının formalaşdırılmasının həmin prioritetlər sırasındadır və Azərbaycan bunun formalaşmasında tərəfdaş qurum və ölkələrlə əməkdaşlıq edir. Həmçinin, 2021-ci ilin fevral ayında Avropa İttifaqı Azərbaycanda 131 layihə nümayiş etdirən yeni veb saytıwww.eu4azerbaijan.eu təqdim edib.

 ŞT proqramı çərçivəsində Azərbaycan Tvinninq layihələri vasitəsilə Aİ ilə fəal əməkdaşlıq edir. Son on il ərzində Azərbaycan digər ŞT ölkələrindən daha çox Tvinning alətindən istifadə edib. Bu nadir əməkdaşlıq aləti Azərbaycana Aİ-nin ən yaxşı təcrübələrini və standartlarını gətirib.10 il ərzində Azərbaycanın 25-dən çox nazirliyi və ictimai təşkilatıAİ-nin texniki biliklərini və dövlət qulluqçularının praktiki təcrübələrini əhatə edən 50 tvinninq layihəsində iştirak etmişdir. Bu fəal əməkdaşlıq, yerli qanunverciliyin Aİ standartlarına uyğun hazırlanması və təkmilləşdirilməsinə öz töhfəsini verdi. 10 il ərzində həyata keçirilən 50 tvinninq layihələrindən34-ü başa çatmış, 11-i davam edir, 1-i isə hazırlanır.[5]

2007-ci ildən etibarən Azərbaycanda Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) tətbiqolunur. Bu alət çərçivəsində Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsi üçün yardım göstərilməsi nəzərdə tutulur. AQTA-ya büdcəyə dəstək, Tvinninq, texniki yardım, TAİEX, SİGMA kimi yardım alətləri daxildir.AQTA çərçivəsində 2011-2013-cü illər üçün Avropa İttifaqı və Azərbaycan arasında prioritet əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, həmçinin bu sahələrə yardımın göstərilməsi məqsədilə Milli İndikativ Proqram imzalanıb.2007-2013-cü illərdə Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti həyata keçirilib. 2014-2020-ci illər üçün AQTA-nı,  Avropa Qonşuluq Aləti əvəz edir. Avropa Qonşuluq Aləti qonşuluq siyasətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş əsas Aİ maliyyə alətidir.[6]

Xəzər dənizinin enerji resurslarını Aİ bazarına daşınmasında əsas rol oynayan Azərbaycan enerji sahəsində Aİ-nin vacib tərəfdaşıdır. O, həmçinin neft və qeyri-neft sektorunda Azərbaycanın ən böyük xarici investorudur.Aİ Azərbaycan üçün əsas ticarət tərəfdaşlarındandır, eləcə də ən böyük ixrac və idxal bazarıdır. Hazırda Azərbaycan Aİ-nin təbii qaz ehtiyacının təxminən 5 faizini təmin edir. Azərbaycan Xəzərin təbii qaz resurslarını Aİ bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəql edir. Aİ 2016-cı ildə “EU4Energy” adlı regional proqramı təsis edərək, enerji siyasəti məqsədlərinə nail olmaqda və enerji səmərəliliyini təkmilləşdirməkdə, Azərbaycanın da daxil olduğu Şərq Tərəfdaşlığı ölkələrini dəstəkləyir.

Aİ Azərbaycan neftinin və ölkə ərazisi ilə tranzit olunan neftin əsas alıcısıdır. Cənub Qaz Dəhlizi Xəzər, Mərkəzi Asiya və Yaxın Şərqdən təbii qaz resurslarının Avropa bazarlarına nəql olunması üçün strateji təşəbbüsdür və Avropanın enerji təminatı təhlükəsizliyinin genişləndirilməsində əsas alətdir. Xəzər dənizinin Azərbaycana aid sektorunda nəhəng dəniz qaz yatağı olan Şah Dəniz II 2020-ci ildən etibarən Avropa bazarlarına ilkin olaraq ilə 10 milyard kubmetr qaz ixrac edir. Xəzər hövzəsindən təbii qazı təmin edəcək infrastruktur, xüsusilə də Şah Dəniz II, Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə gedən mövcud Cənubi Qafqaz kəməri; Türkiyədən keçərək Gürcüstanı Avropa ilə birləşdirən Trans-Anadolu qaz boru kəməri; eləcə də Yunanıstan və Albaniya vasitəsilə təbii qazı Türkiyə sərhəddindən İtaliyaya nəql edən Trans-Adriatik boru kəmərindən ibarətdir.

Nəqliyyat sahəsində fəal dialoq və əməkdaşlıq Aİ ilə Azərbaycanın iqtisadi əlaqələrində mühüm yer tutur. Azərbaycanın əlverişli coğrafi mövqeyi, strateji nəqliyyat yollarının qovşağında yerləşməsi bu sahədə sıx əməkdaşlıq üçün geniş imkanlar yaradır. Məlumdur ki, Azərbaycan son illər ərzində Bakı Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm infrastruktur layihələrinə böyük sərmayə qoymuşdur. Buna görə də, təsadüfi deyil ki, ən əhəmiyyətli avtomobil və dəmir yolları, dəniz və hava limanları Trans-Avropa nəqliyyat şəbəkəsinin TEN-T tikintisinin qabaqcıl indikativ planına daxil edilmişdir. Qeyd etmək yerinə düşər ki, TEN-T-nin qəbul edilməsi qərar, Avropa Parlamenti tərəfindən 1996-cı ildə verilmişdir və Aİ-də avtomobil və dəmir yollarının, hava limanlarının və su infrastrukturunun planlı şəbəkəsinin təşkilini nəzərdə tutur. O, eyni zamanda, Trans-Avropa şəbəkələrinin daha geniş sisteminin bir hissəsidir. Bununla yanaşı, Aİ Bakı limanına texniki dəstək də göstərir.

Azərbaycanın böyük neft-qaz resurslarına, sabitliyə malik dünyəvi dövlət olması, həmçinin mürəkkəb regionda yerləşməsi ona qarşı maraq yaradan amillərdəndir. Avropa inteqrasiyası hüquqi-texniki proses olmaqla yanaşı, geniş qarşılıqlı anlayışın formalaşdırılması, habelə bir-birinin güclü tərəflərinin qəbul edilməsi və onlardan istifadəni də əhatə edir. Bu baxımdan Azərbaycanla Avropa ittifaqı bir-birinin maraq dairəsindədirlər. Beynəlxalq aləmdə ətibarlı tərəfdaş imicini möhkəmləndirən  Azərbaycan Avropa İttifaqına iqtisadi faydalı layihələr  təklif edir. Aİ isə böyük neft-qaz resursları olan Avropalı qonşusu Azərbaycanla əlaqələri gücləndirmək istəyir.

İctimai rəy sorğusuna əsasən Avropa İttifaqı Azərbaycan cəmiyyətinin rəyində: 2017-ci ildə keçirilən illik ictimai rəy sorğusuna əsasən, Azərbaycanda insanların Aİ-yə qarşı müsbət münasibətinin artdığı görülür (2016-cı ildə 26%, 2017-ci ildə 47%). Sorğuda iştirak edən azərbaycanlıların 68%-i hesab edirlər ki, Aİ və Azərbaycan arasında münasibətlər yaxşıdır. Bu, regional göstəricidən (61 %) daha yaxşıdır. Həmçinin, Azərbaycanlıların 51% Aİ-yə etibar edirlər. Müqayisə üçün, BMT-yə azərbaycanlıların 35 %-i, Avrasiya İqtisadi İttifaqına 26%-i, NATO-ya isə 32 %-i etibar edir. Azərbaycanlıların 33% Aİ-nin maliyə dəstəyindən xəbərdardır. Onlardan 65 %-i bu dəstəyin effektiv olduğunu düşünür. Müqayisə üçün, bu suala cavabın regional göstəricisi 53 % təşkil edir.2020-ci ildə keçirilən rəy sorğusuna əsasən, Azərbaycan vətəndaşlarının 44%-i Avropa İttifaqı (Aİ) haqqında müsbət təsəvvürə malikdir. Bu rəqəm 2016-cı il ilə müqayisədə 17% artmışdır. Əhalinin cəmi 9%-i Aİ haqqında mənfi təsəvvürə malikdir.Sorğuya əsasən Azərbaycanlıların 30%-i Aİ-nin ölkəsinə etdiyi maliyyə dəstəyindən xəbərdardır, onların 76%-i bu dəstəyin səmərəli olduğunu düşünür vəAvropa İttifaqı haqqında məlumatlı olan Azərbaycanlıların 69%-i Aİ ilə əlaqələrin yaxşı olduğunu düşünür.Qeyd etm\k lazımdır ki, respondentlərin rəyinə əsasən Aİ ən çox etibar edilən xarici qurumdur və respondentlər arasında ona etibar edənlər 41% təşkil edir (2018-ci illə müqayisədə 13% yüksəlmişdir).[7][8]

 

Münasibətlərin yeni mərhələsi: Aİ Azərbaycanın ərazi bütövlüyü, suverenliliyi və müstəqilliyini dəstəkləyir.  Həmçinin, 44 günlük Vətən müharibəsinə qədər olan dövr ərzində Aİ və ona üzv dövlətlər qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımayıb. O cümlədən Aİ onun Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi, ATƏT-in Minsk qrupu həmsərdlərinin Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində səylərini dəstəkləyib. İttifaq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa Tərəfdaşlıq proqramının icrası vasitəsilə münaqişə tərəfləri arasında etimadın və sülhün yaranması istiqamətində fəaliyyətləri təşviq edilməsində maraqlı olub. Çünki Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz ölkələrini maraqlandıran hadisələrin önündə gəlib. 2016-cı ilin ikinci yarısında vasitəçi dövlətlərdən Rusiyanın fəallaşması ilə 2017-ci ildə Qarabağ münaqişəsinin həlli üçün ciddi addımların atılacağı gözləntisi var idi. Bu  istiqamətdə 2017-ci ildə önəmli bəzi görüşlər keçirilsə də, nəticə etibarilə ciddi  addım atılmadı. Ancaq, 2017-ci ilin noyabr ayında keçirilən ŞT Sammitində Qarabağ münaqişəsi ilə bağlı ərazi bütövlüyü prinsipinin əhəmiyyətinin vurğulanması Azərbaycanın növbəti nailiyyəti, Ermənistanın isə məğlubiyyəti olaraq vurğulandı.[9] 2020-ci ilin sentyabr ayının 27-də bşlayan müharibə Azərbaycanın qalibiyyəti olaraq bölgədə sülhün və əminamanlığın qalıcı təminatçısı kimi rolunu tərəfdaş ölkələr və beynəlxalq qurumlar qarşısında daha da gücləndirdi. Bu Aİ ilə də münasibətlərin yeni mərhələdə davam etdirilməsi əhəmiyyətini artırdı.

Qeyd etmək lazımdır ki, Avropa İttifaqı 18 fevral 2021-ci il tarixində Dağlıq Qarabağ və onun ətrafında aparılmış geniş miqyaslı hərbi əməliyyatların təsirinə məruz qalmış, zərər çəkmiş insanlara, o cümlədən böyük sayda məcburi köçkünlərə yardım məqsədi ilə 3 milyon avro məbləğində humanitar yardım ayırıb. Hərbi əməliyyatların başladığı 2020-ci ilin 27 sentyabr  tarixindən indiyədək Aİ ümumilikdə 6.9 milyon avro məbləğində humanitar yardım səfərbər edib.[10]

Aİ-nın enerji təchizatının təhlükəsizliyi kimi həyati əhəmiyyətli mənafelərinə cavab verən ölkələrlə münasibətlərində uğur əldə etməsinin əsas yolu münaqişələrin həlli məsələsində daha aktiv rol oynamasıdır.Həm Avropa Təhlükəsizlik Strategiyası, həm də Avropa Qonşuluq Siyasəti sənədlərində də qeyd edildiyi kimi yaxın ətrafında münaqişələrin qarşısının alınması və həlli Aİ-nin əsas məqsədlərindən biridir. Bununla birlikdə regiondakı münaqişələrin həllində təşəbbüslər daha çox Xüsusi Nümayəndə və ya Avropa İttifaqının Müşahidəçilər Missiyası tərəfindən həyata keçirilir.Başqa sözlə Aİ-nin xarici siyasətdə təsirli ola bilməsi, öz daxili problemlərini həll edə bilməsindən asılıdır. Nəticədə Aİ ikitərəfli və regional platformada nə qədər geniş əhatəli siyasət işləyib hazırlayırsa hazırlasın, regional münaqişələrin həllində uğur qazana bilməsi,yaxın ətrafında nə dərəcədə strateji aktor ola bilməsindən/bilmək istəməsindən irəli gəlir.

Qeyd etmək lazımki, Avropa İttifaqı ilə assosiativ saziş imzalamış keçmiş sovet respublikalarından heç biri Avropa İttifaqının üzvləri olanA doqquz ölkə ilə strateji tərəfdaşlıq barədə sənəd imzalamayıb.[11]

Azərbaycan Aİ-nin həm də strateji enerji tərəfdaşıdır. Bu strateji əməkdaşlığın yaranmasında və inkişafında Böyük Britaniyanın BP şirkəti mühüm rol oynayır. 2021-ci il fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonla görüşündə Prezident İlham Əliyev BP-nin Azərbaycanın strateji tərəfdaşı olduğunu vurğulamaqla yanaşı, həm də xatırlatmışdır ki, Cənub Qaz Dəhlizini tamamlamağa çox şadıq və Azərbaycanda qaz hasilatı ilə bağlı yeni hadisələri və keçən ilin dekabrında tamamlanmış infrastrukturu nəzərə alaraq, qarşımızda indi yeni imkanlar var.

Cənubi Qafqazda bir sıra xarici qüvvələrin və ölkələrin maraqlarının toqquşmasına baxmayaraq, Azərbaycan müstəqil xarici siyasət kursunu saxlamağa müvəffəq olub. Bu isə Azərbaycana Aİ ölkələri ilə münasibətləri ölkənin milli maraqları əsasında qurmağa imkan yaradıb.

Bu da bir danılmaz aksiomadır ki, Azərbaycan diplomatik münasibətləri və apardığı uğurlu xarici siyasəti ilə beynəlxalq müstəvidə müxtəlif dövlətlərlə, təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Bu münasibətlər müstəvisində, Azərbaycanın suverenlik, milli dəyər və maraqlarının qorunması kimi amillər başlıca yer tutur. Bu baxımdan, Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq təkliflərində yer alan müəyyən məqamlarla bağlımünasibətə Azərbaycan özünün əməkdaşlıq modelini irəli sürüb ki, bu istiqamətdə də mərhələli qaydada səmərəli müzakirələr aparılıb.tərəflər arasında yaranmış ciddi problemlər, qarşılıqlı anlaşma şəraitində həllini tapıb. Bundan əvvəlki münasibətlər tərəflər arasında qəbul edilmiş “Assosiativ saziş” çərçivəsində davam etdirilib.

Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq məsələləri və ikitərəfli formatda münasibətlər, o cümlədən yeni Sazişin imzalanmasının əhəmiyyəti, enerji sahəsində tərəfdaşlıq və yeni imkanların nəzərdən keçirilir. Aİ-nin münaqişədən əziyyət çəkən insanlara humanitar yardım və İttifaqın münaqişə sonrası prosesdə oynaya biləcəyi rolu barədə ətraflı müzakirələr aparılır. İqtisadi müstəvidə münasibətlər yüksələn xətlə inkişafdadır. Bərabərsəviyyəli ikitərəfli əlaqələrin qurulmasının nəticəsi olaraq, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün apardığı ikinci Qarabağ müharivəsində neytrallığını qorudu. Çünki Aİ-nin Azərbaycanın ərazi bütövlüyü haqqında qətnamələri mövcuddur.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, artıq tam istismara verilən nəhəng Cənubi Qaz Dəhlizi layihəsi və bu layihənin Avropada coğrafiyasının genişləndirilməsi imkanları, habelə Azərbaycan-Aİ ikitərəfli münasibətləri və bu münasibətlərin hüquqi əsasını təşkil edəcək

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədinin hazırlanması ilə əlaqədar bir sıra məsələlər daim aparıcı  istoqamətlərdən olub. Müəyyən hallarda fərqli tezislər də səsləndirilib,  fərqli mövqelər ifadə edilsə də, üstünlük balansını əlində saxlayan rəsmi Bakının təmkinliyi və fəallığı ortaya çıxan maneələrin aradan qalxmasına münasib şəraitlər yaradıb. Bu, Azərbaycanın balanslaşdırırlmış xarici siyasət fəaliyyətinin uğurlarından biridir.

 

İstifadə edilən mənbələr:

1)    https://ec.europa.eu/commission/presscorner/detail/en/IP_17_4845

2)    https://eeas.europa.eu/sites/default/files/eap_factsheet_azerbaijan_en.pdf

3)    https://mfa.gov.az/en/content/193/european-union

4)    https://eeas.europa.eu/sites/default/files/eu_business_climate_report_azerbaijan_2020_march_verified.pdf

5)    ttps://minenergy.gov.az/az/beynelxalq-teskilatlarla-elaqeler/avropa-qonsuluq-ve-terefdasliq-aleti-aqta

6)    https://apa.az/az/senaye-ve-energetika/xeber_prezident__azerbaycan_artiq_avropa_itti_-500499

7)    https://ec.europa.eu/commission/presscorner/detail/en/IP_17_4845

8)    https://ec.europa.eu/echo/where/europe/armenia-and-azerbaijan_en

9)    https://azertag.az/xeber/Ispandilli_metbuat_Ilham_Aliyev_Avropa_Ittifaqi_ile_sazis_meselesinde_daha_boyuk_irelileyis_gozleyir-1731189

10)           https://www.euneighbours.eu/en/east/stay-informed/publications/opinion-survey-2020-azerbaijan

11)           https://www.euneighbours.eu/sites/default/files/publications/2020-06/EUNEIGHBOURS_east_AS2020report_AZERBAIJAN_0.pdf