Şəbnəm Tovuzlu:"Əməliyyata ehtiyacım yoxdur" - FOTO

Müğənni Şəbnəm Tovuzlu İnstaqramda növbəti dəfə paylaşım edib.
“Sherg.az” xəbər verir ki, yeni fotolarını profilində yerləşdirən ifaçı çəki atdığını söyləyib. Ş.Tovuzlu posta bir qeyd də yazıb:
“On beş günə 7 kiloqram arıqladım. Bunu sağlam şəkildə etdim. Hər zaman demişəm, hansısa əməliyyata ehtiyacım yoxdur.  Öz iradəm var. Qeyd edim ki, qarşıda böyük layihə olacaq”.