“Bakı Bəyannaməsi”nin arxasında konkret addımlar var” - Düşmən “nokaut”a düşdü

Bir neçə gün əvvəl ölkəmizdə Azərbaycan, Türkiyə və Pakistan spikerləri arasında imzalanan üçtərəfli “Bakı Bəyannaməsi” təkcə bu dövlətlər  yox, region üçün yeni reallıqlar yaradır. Beləliklə, bölgədə yeni səhifə açıldı. Və həmin səhifədə ancaq bu üç dövlətin imzası olacaq.

BDU-nun professoru, politoloq Əlimusa İbrahimov “Sherg.az”a açıqlamasında sözügedən sənədin əhəmiyyətini yüksək qiymətləndirdi:

“Bakı-Ankara- İslamabad arasındakı əlaqələrdən yuxarı dairələrdə uzun zamandır danışılırdı. Lakin cəmiyyətlər əməkdaşlığın məzmunundan xəbərsiz idi. “Bakı bəyannməsi”ilə həm dövlətlər, həm də cəmiyyətlər bir-birinə daha da yaxınlaşacaq. Eyni zamanda bu razılıq hər bir dövlətin, o cümlədən Azərbaycanın gücünə güc qatdı. İndi biz beynəlxalq müstəvidə daha inamlı addımlar atacağıq. Və düşmən hansısa təxribat cəhdində iki dəfə düşünməli olacaq”.

 Ə.İbrahimovun sözlərinə görə, düşmənlərimiz də bu sənədin əhəmiyyətini yaxşı başa düşürlər:

“Bakı Bəyannaməsi”nin arxasında konkret əməllər, addımlar var. Təsadüfi deyil ki, iştirakçı dövlətlərin KİV-i bu sənədi yüksək qiymətləndirirlər. Ermənistan mətbuatı isə “Bakı Bəyannaməsi”ni özləri üçün “Böyük bəla” adlandırır. “Şuşa Bəyannaməsi”nin şokundan yenicə ayılan düşmən sanki indi siyasi “nokaut”a uğradı. “Bakı Bəyannaməsi” erməni siyasətçilərinin yuxularına haram qatan sənəddir”.