Qadın alverində ittiham olunan Mətanət danışdı:“...Nə isə deyə bilmərəm”

Müğənni Mətanət  Əsədovanın insan alverinə görə həbs edilməsi ilə bağlı xəbərlər yayılıb. İddia edilib ki, o qadınları öz evində pul qarşılığında iş adamlarına satıb. Lakin DİN bu xəbəri təkzib edib.Sənətçi öz İnstaqram hesabında  məsələ haqda danışıb. O, canlı yayımda bunları söyləyib:“Mətanət Əsədovanı qoyaq bir qırağa... Sən o qədər azğınlaşmısan ki, dövlət orqanlarının  adından danışırsan? Utanmırsan?

Bunların qarşısı nə vaxt alınacaq? Üzümü aidiyyəti orqanlara tuturam, xahiş edirəm ki, bu işin qarşısını alın. Oturduğum yerdə başıma belə oyunlar gətirirlər. İmkan vermirlər, xəstəmin yetimimin, kasıblığımın, səhhətimdə yaranan problemin dərdini çəkim. Qalmışam çıxılmaz vəziyyətdə. Evdə ağır xəstələrim var. Onlara da, mənə də həyəncanlanamq olmaz.

Mən də haram yesəm, kiməsə yaltaqlansam, özümü ortaya qoysam, divarlarım qızıldan olardı. Azərbaycanda səsimin təkrarı yoxdur. Var-dövlət və sair oxumaqla olursa, niyə edə bilmirəm?  Haram tikə yeyirəmsə, taksi ilə niyə gəzirəm? Heç nəyim yoxdur. Bir quru canımdır. Ev də, maşın da, oğul da, qız da sizdədir. Məndən nə istəyirsiniz? Allaha həvalə etmişəm”.
Canlı yayımda ifaçının izləyiciləri onun  adına bu xəbərləri çıxaran şəxsin həmkarı Nazənin Salayeva olduğunu iddia ediblər. M.Əsədova deyib ki, o xanımın evini belə tanımır:

“Uşağını 2 yaşında görümüşəm. Allah onu da xoşbəxt eləsin. Təsadüfən toylarda, çəkilişlərdə qarşılaşmışıq. Mənə mahnı bağışlayıb. Mən də ona başqa hədiyyə verdim. Bir söz deyə bilmərəm. Xəbəri eşidib, birinci mənə o zəng etdi. Dedi ki, bu nə işdir başına gəlib? Söylədim ki, nə bilim gəlib də. Qayıtdı ki, bunu edənin Allah bəlasını versin”.

N.Salayevanın prodüseri Pərvin Fəqan canlı yayım zamanı zəng edərək məsələyə münasibət bildirib:

“Nazənin xanımla hıəmin xəbəri eşidəndə M.Əsədovaya zəng etdik. Hətta Nazənin xanım soruşdu ki, məndən şübhələnirsən? Dedi ki, yox, şübhələnmirəm. İndi Canlı yayımda söyləyir ki, özüm-özümdən də şübhələnirəm”. 

Məsələnin nə yerdə qaldığını öyrənmək üçün M.Əsədovanın özü ilə əlaqə    saxladıq. O, “Sherg.az”a bunları dedi:

“Bu qara PR-ın səbəbini bilmirəm. Məhkəməyə müraciət etdim, hüquq  çərçivəsində işlər görüləcək.  Həmin şəxsin kim olduğu haqda nə isə deyə bilmərəm. Aidiyyəti qurumlar  araşdırıb deyəcək. Kimdirsə, öz layiqli cavabını alacaq”.