Qəddar atanı kötüklədilər

O, körpəsinin hər yerinə siqaret basıb


Yaş yarımlıq körpəyə işgəncə verən ata meydan ortasında yerli sakinlər tərəfindən yaxşıca kötəklənib. Hadisə Şişli Kurtuluşda baş verib. Bu barədə “Milliyet.com” xəbər verir. İddiaya görə, ərazidəki binanın sakini Zilan Akman aşağıda  körpə ağlaması səsi eşidib. Zilan Akmanla rəfiqəsi Səfa Bəyad aşağı eniblər və onların binasında atasıyla qalan yaş yarımlıq Seyf adlı körpənin titrəyərək ağladığını görüblər. Körpəyə yaxınlaşan Zilan Akçman onun vücudunda qaralmalar, göylüklər və yaralar olduğunu fərq edib. Z.Akman vəziyyəti polisə xəbər verib. Körpəylə birlikdə xəstəxanaya gedib. Körpə Seyf  xəstəxanada müalicəyə alınıb. Suriya vətəndaşı olduğu bilinən ata isə polis tərəfindən saxlanılıb və şöbəyə aparılıb. İfadəsi alındıqdan sonra sərbəst buraxılan ata evinə dönmək istəyərkən məhəllə sakinləri tərəfindən döyülüb. Z.Akman açıqlamasında “körpənin hər yanı siqaret yanıqları ilə dolu idi. Xəstəxanaya apardıq. Vəziyyəti yaxşı deyil, amma müalicə olunur. Anası körpə 3 aylıq ikən onu tərk edib Vətəninə dönüb. Ata da körpəyə baxmır. Hər dəfə kimlərəsə əmanət edir, gedir. Həbsxanaya düşüb. Körpəyə başqaları baxıb. Yemək vermir, döyür. Körpənin barmağında yara var. Baxdıq ki, can ağırısından dırnağını dişiylə qoparmağa çalışır. Hər tərəf qan içində idi. Yaş yarımlıq körpəni bu vəziyyətə salan ataya ən ağır cəza verilməlidir. Biz körpə Seyf üçün ədalət istəyirik”, deyib. Qeyd edilir ki, körpə müalicə olunduqdan sonra Baxçalı evlərdəki dövlət uşaq müəssisəsinə təhvil veriləcək.