Tokio-2020: Son kişi cüdoçumuz da Olimpiada ilə medalsız vidalaşdı - YENİLƏNİB

Azərbaycanın daha bir idmançısı Olimpiada ilə medalsız vidalaşıb.

Oxu.Az xəbər verir ki, Uşanqi Kokauri 1/8 finalda Rafael Silva ilə bacarmayıb.

O, Qızıl xal hesabında rəqibinin ippon fəndinə düşüb və mübarizəni dayandırıb.

Bununla da yeddi kişi cüdoçumuzdan heç biri medal qazana bilməyib. Uşanqi Kokauri Azərbaycanın Tokio Olimpiadasında medalsız qalan 22-ci idmançısı olub. 

06:21

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinin son üzvü Uşanqi Kokauri 100 kq-dan artıq idmançıların kateqoriyasında mübarizəyə qoşulub.

Oxu.Az-ın xəbərinə görə, gürcü əsilli idmançı ilk görüşünü qələbə ilə başa vurub.

O, Matsey Sarnatskiyə ipponla qalib gəlib. Uşanqi Kokaurinin 1/8 finaldakı rəqibi Rafael Silva (Braziliya) olacaq.