Türkiyədəki meşə yanğınlarında zərərçəkənlər arasında azərbaycanlılar var? - RƏSMİ

Son məlumatlara əsasən, Türkiyənin turizm zonalarındakı meşə yanğınlarında azərbaycanlılar arasında həlak olan və xəsarət alanlar yoxdur.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, XİN-ə hər hansı azərbaycanlının ölümü və ya xəsarət alması barədə məlumat daxil olmayıb.

Türkiyənin Antalya şəhəri və ətraf ərazilərdə başlayan yanğın geniş əraziyə yayılıb və digər şəhərlərə keçib.

Meşə yanğınları nəticəsində dörd nəfər ölüb, xeyli heyvan tələf olub, onlarla ev, iaşə obyektləri yararsız vəziyyətə düşüb.