"Türkiyədəki yanğınlar təxribatdır" - Əsaslar var

"Sosial şəbəkələrdə PKK tərəfdarlarının “Rahat tətilə imkan verməyəcəyik” anonsu bu şübhələri bir az da çoxaldır"


“Türkiyədə yanğınların məqsədli şəkildə törədildiyi ehtimalını gücləndirən əsaslar var”.
Bu sözləri siyasi analitik Asif Nərimanlı deyib. 
 O, “Sherg.az”a açıqlamasında baş verənləri təxribat hesab etdiyini söylədi: “ Ən böyük yanğınların turizm bölgələrində olması ölkəyə iqtisadi ziyan vurmağa hesablanıb. 

Yanğınların bir-birindən uzaq məsafədə yerləşən ərazilərdə paralel şəkildə başlaması ciddi şübhələr yaradır. Eyni zamanda sosial şəbəkələrdə PKK tərəfdarlarının “Rahat tətilə imkan verməyəcəyik” anonsu bu şübhələri bir az da çoxaldır.

Türkiyə mediası da sabotaj versiyası üzərində dayanır. Ehtimallara görə, yanğını törədənlər Yunanıstandakı düşərgələrdə təlim görən PKK terrorçularıdır.
PKK-nın yanğın terroru təcrübəsi də bu versiyanı gücləndirir: terrorçular 1995-ci ildə 950 hektar, 1997-ci ildə 650 hektar ərazini yandırıb”.