7 min illik mumiyalar dünya irsi elan edildi

Dünyanın ən qədim mumiyaları Cənubi Amerika ölkəsi olan Çilidə tapılıb.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, 7 min illik “Chinchorro” mumiyaları, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Dünya Mirası Siyahısına əlavə edilib.
Dünya İrs Komitəsinin onlayn olaraq keçirilən 44 -cü iclasında UNESCO Şinşorro” mumiyalarını nüfuzlu tapıntılar siyahısına daxil edib. Ən məşhur Misir mumiyalarından 2 min yaş böyük olan “Chinchorro” mumiyaları 20-ci yüzildə tapılıb.
Şinşorro xalqı misirlilərdən fərqli olaraq bütün siniflərdən olan adamları-kişiləri, qadınları və uşaqları mumiyalaşdırırdı. Chichorro mədəniyyətində mumiyalanmanın hansı məqsədlə xidmət etdiyi bilinmir.