Daha bir küçədə ətrafı üfunət bürüyüb

Binəqədi rayonunda da məişət tullantıları daşınmır. 
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 
Bildirilib ki, rayonun Biləcəri qəsəbəsi Xudadat bəy Məlik-Aslanov küçəsindəki tullantıların daşınmaması sakinləri ciddi narahat edir.
Qalaqlanan zibillər günlərdir təmizlənmir və ətrafda yaşayan insanlar kəskin üfunət qoxusundan şikayətçidirlər.
Qeyd edək ki, bu gün Xətai rayonu Əhmədli qəsəbəsində məişət tullantıları daşınmaması ilə bağlı yazı dərc etmişdik.