Qrenlandiya adası sürətlə əriyir

Səthi buzla örtülmüş dünyanın ən böyük adası olan Qrenlandiyada qlobal istiləşmə səbəbiylə ərimə sürətlənib.
“Sherg.az” türk mediasında istinadən bildirir ki, son iki gündə adadakı buz örtüyü təxminən 17 milyard ton əriyib.
Danimarka Meteorologiya İnstitutu şimal yarımkürəsinin ən böyük buz kütləsi olan Qrenlandiyanın təkcə çərşənbə günü 8,5 milyard tondan çox buz itirdiyini qeyd edib.
Elm adamları hər il iyun -avqust aylarını Qrenlandiyada ərimə mövsümü adlandırırlar.