Rusiya və Çindən hərbi təlimlər:“NATO və cənub-şərqi Asiya ölkələrinə qarşı...”

Rusiya və Çin avqustun ortalarında “Qarşılıqlı fəaliyyət - 2021” adlı hərbi təlimlərə başlayır. Bu barədə Rusiya Müdafiə Nazirli məlumat yayıb. Təlimdə döyüş təyyarələrinin, topçuların, zirehli texnikanın istifadəsi planlaşdırlır. 10 min hərbçinin iştirak edəcəyi manevrlər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, hərbi əməkdaşlığın qurulması, terrorizmlə mübarizə, bölgədəki sülhü və sabitliyi birlikdə müdafiə etmək bacarığını nümayiş etdirmək məqsədi daşıyır.

Politoloq Natiq Miri iki qlobal güc arasındakı hərbi təlimləri “Sherg.az”a şərh etdi: 
“Bu, birlikdəlik mesajıdır. Və ilk növbədə alternativsiz hərbi blok olan NATO-ya, sonra isə cənub-şərqi Asiya ölkələrinə qarşıdır. Lakin sadəcə görüntü naminədir. Belə ki, nə qədər ciddi görünməyə çalışsalar da, Çinlə Rusiya hərbi müttəfiq deyillər. Bu, gələcəkdə də olmayacaq. Özü etiraf etməsə də, Çinin Rusiyaya qarşı ərazi iddiaları var. Həmçinin Moskva da başa düşür ki, gələcəkdə Pekinin hərbi, siyasi və iqtisadi eksponsiyaları ilə üzləşə bilər. Eyni zamanda şimal qonşumuzun hər zaman bazarlığa açıq bir dövlət olduğunu nəzərə almaq lazımdır. Geosiyasi maraqlarını təmin etməkdən ötrü istənilən vaxt Pekini başqa tərəfdaşla əvəz edə bilər”.