Xalq artisti övladları ilə fotosunu paylaşdı - FOTO

Xalq artisti Ağadadaş Ağayev övladları ilə fotosunu paylaşıb.
“Sherg.az”xəbər verir ki, sənətçi dörd oğlu ilə birgə çəkilən şəklini profilində yerləşdirib. O, paylaşıma bir qeyd də yazıb:
“Oğlanlarımla Qarabağ oyununu izləmək və qələbəni qeyd etmək keyifli, uğurlu oldu. Qarabağ Azərbaycandır”.
Qeyd edək ki, müğənni bir müddət öncə xərçəng xəstəliyi ilə mübarizə aparıb. O, Türkiyədə bir neçə dəfə əməliyyat olunduqdan sonra sağalaraq Vətənə qayıdıb.