Qəbristanlıqdan oğurluq edənlər iş başında saxlanıldı - FOTO

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ələsgərli kəndində yerləşən qəbristanlıqdakı məzarların ətrafına quraşdırılan məhəccərin alüminiumdan olan bəzək əşyalarını oğurlayan iki nəfər şəxs iş başında saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, onların rayon sakinləri Səxavət Axundlu və Kənan Tağızadə olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq əməlini etiraf edərək, qanunsuz yolla əldə etdikləri bəzəkləri “QAZ-32213” markalı nəqliyyat vasitəsinə yükləyərək hadisə yerindən uzaqlaşmaq istədiklərini bildiriblər.

Qeyd edilən faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar aparılır.