Kürdəmirdə dəhşət!- Həmkəndlisini silahla qətlə yetirdi

Kürdəmir rayonunda qətl hadisəsi baş verib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Dayıkazımlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Vurğun Aydın oğlu Mehdiyev aralarında yaranan münaqişə zəmnində həmkəndlisi Bəhmən Bəhlul oğlu Hümmətovu ov tüfəngi ilə vuraraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
B.Hümmətovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə aparılıb.
Hazırda Kürdəmir Rayon Prokurorluğunda araşdırmalar aparılır.