Türkiyənin yanındayıq: Azərbaycan Türk Ocağı bəyənat yaydı  

  Bir neçə gündür ki,  qardaş Türkiyədə başlayan meşə yanğınları daha geniş miqyas alaraq Aydın, Muğla, Antalya, Mersin, Adana, Osmaniye, Kayseri və digər əraziləri əhatə edib. Altı vilayətin 18 bölgəsində yanğınlar hələ də davam edir. Hektarlarla meşə ərazisi alova bürünüb, yaşayış məskənləri yanıb,  4 nəfər həyatını itirib, insanlar  yurd yuvalarından təxliyyə olub. Alov daha geniş əraziləri əhatə etməkdədir. 

Yanğınların törədilməsində şübhəli bilinən insanlar saxlanılıb. Yanğınların yaşayış ərazilərinə yaxın yerlərdə baş verməsi onu deməyə əsas verir ki , hadisədə PKK terror təşkilatının, Türkiyə düşmənlərinin əli var. 

Azərbaycan Türk Ocağı hesab edir ki, bu olayda bütün Türk ölkələri Türkiyənin yanında olmalı, güclər birləşdirilməli,  hər kəs əlindən gələn dəstəyi, yardımı qardaş Türkiyə Cümhuriyyətindən əsirgəməməlidir.

Necə ki, artıq Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin cənubunda meşə yanğınları ilə bağlı qardaş ölkəyə yardım göndərilməsi barədə tapşırıq verib.  

Birlik , bərabərlik zamanıdır!
Türkiyəni tək qoymayaq!