Sənətçilərdən dəstək:“Canım Türkiyəm, sən yanırsan, biz kül oluruq”

Bir neçə gündür ki, Türkiyənin 21 vilayətində  yanğın hadisəsi baş verib. Nəticədə azı 4 nəfər həlak olub, bəzi ərazilərdə yanğınlar hələ də davam edir. Qardaş ölkənin başına gələn faciə hər birimizi dərindən sarsıb. Ürəyimiz onlarla döyünür, tezliklə bu fəlakətin sona açtması üçün dua edirik.
“Sherg.az” xəbər verir ki, tanınan simalar da Türkiyəyə dəstək paylaşımları ediblər. Hər kəs kimi onlar da məlum olaya üzüldüklərini  sosial şəbəkə hesablarında dilə gətiriblər.

Gülyaz Məmmədova: “ Canım Türkiyəm, sən yanırsan, biz kül oluruq. Sən varsansa, biz tam oluruq. Sənə qıyanlar, əl qaldıranlar, yox olsunlar”.

Faiq Ağayev: “ "Tüm yurdumuz alev aldı, yanıyor””. “Yanıyoruz..." Türkiyəni yanğınlar bürüyüb. Manavqatdakı dostlarım imdad edirlər.  Allah rəhmini göstərsin!  Qardaş Türkiyə üçün dua edirik. Bütün dünyanı yardım etməyə çağırıram! Türkiyəni tək qoymayaq”!

Murad Arif: “Bunlar anlamır ki, türkləri belə şeylərlə yalnız birləşdirmək, möhkəmləndirmək və gücləndirmək mümkündür...! Yenidən yaşıllanacaq, dirçələcək”!

Azərin: “Ölkəmizdə meydana gələn yanğınlar ciyərimizi yandırdı. Həlak olanlara Allahdan rəhmət, ailələrinə başsağlığı diləyirəm. Yanğını söndümərk işlərinə davam edən heyətə, dövlətimizə Allah yardımçı olsun. Tanrı Vətənimizə, millətimizə zəval verməsin. Ölkəmizə əl uzadanları rəbbim zəlil etsin”.

Aybəniz Haşımova: “Allah qorusun sizi, canımız-qanımız Türkiyə”.

Röya: “Sizinləyik, Türkiyəm”!

Fəxriyyə Xələfova: “Türkiyədə dəhşətli meşə yanğınları davam edir. İnsanlar, eləcə də çöl və ev heyvanları tələf olmaqdadır. Qardaş ölkənin ağır günlərində dualarımızı əskik etməyək. Ürək ağrısı ilə izləyirik. Keçmiş olsun. Allah kömək etsin”.