Futbolçuları daşıyan avtobus partladılıb, 4 nəfər ölüb

Somalinin Kismayo şəhərində futbolçuları daşıyan avtobus partladılıb.
"Report"un SNTV-yə istinadən məlumatına görə, terror hadisəsi nəticəsində 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Partlayışa yola qoyulmuş partlayıcı maddənin işə salınması səbəb olduğu iddia edilir.
Hələlik hadisənin səbəbi açıqlanmayıb.