Məzarlıq da alova büründü

Şəhid qəbri və qəbrin üzərindəki türk bayrağı zərər görmədi

Mərsinin Silifke bölgəsindəki meşə yanğınında alov bir sıra məhəllələrlə yanaşı ərazidəki Çankaya məzarlığına da keçib və qəbirlərin əksəriyyətinə  zərər dəyib, başdaşları yanıb.
Lakin məzarlıqdakı bir şəhid qəbri və qəbrin üzərindəki türk bayrağına heç bir zərər toxunmayıb. Bu hadisə Silifke sakinlərini heyrətləndirib və qürurlandırıb.

Məzar 2018-ci ildə Tuncelidə şəhid olmuş uzman çavuş Fərrux Dikmənə aiddir. Şəhidin yanğından salamat çıxmış məzarının görüntüləri sosial şəbəkələrdə də yayılıb. Şəhidin məzarını ziyarət edən yerli sakinlər dualar edib, şəhidlərin diri olduğunu xatırladıblar.

Məzarı ziyarət edən vətəndaşlardan biri – Soner Yeşil “şəhidimizin məzarının zərər görmədiyini sosial mediadan öyrəndim və ziyarətə gəldim. Məzarlıqlarımız yandı, amma şəhidimizin məzarı yanmadı, bayrağımız yanmadı”, söyləyib. 

Qeyd edilir ki, Mərsinin Silifke bölgəsinin Boğsak civarlarında başlamış yanğın qısa zamanda İşıklı, Hırmanlı və Yeşilovacık məhəllələrinə yayılıb. Meşə yanğınına qurudan və havadan müdaxilə edilib.