"Polis binasına tabut daşımaq qanunu öldürməyə cəhddir" -Aktual şərh

"Polislə bağlı məsələ gündəmdə ikən, bəzi şeyləri düzgün qeyd etmək lazımdır.
Məşhur bir aforizmdə də deyildiyi kimi, "hər kəsin polisi öz vicdanıdır, amma polis vicdanı olmayanlara qarşıdır"...
Məsələn bundan ibarətdir ki, polis dövlətin elə bir simasıdır ki, qanunun sərt üzü və bir çox ictimai qaydanın da nəzarətçisidir".

Bu barədə "Sherg.az"a Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib.

Onun sözlərinə görə
yaxşı olar ki, ictimai nəzarətin vəzifə borcu kimi icra edən polis nəfərinə (artıq qanunun və dövlətin siması) qarşı qeyri- qanuni davranışa yol verilməsin....
İkincisi, bu günlərdə bir neçə gənc qadın Daxili işlər nazirliyinin qarşısında tabut aksiyası reallaşdırdi:

"Ümumiyyətlə, tabutların nazirlik binasına daşınması çox pis bir mesajdır.
İkincisi, Azərbaycanda hansı qanunda yazılıb ki, qadınların haqları qorunmasın, siyasi qətl baş versin və hər şeyi qoyuram bir kənara, axı bu dəqiqə ölkədə faktiki olaraq polisə qarşı zorakılıq baş verir.
Sabah bu "bezpredellik" hansı nəticələr doğuracaq?

Kim güclüdürsə, o birini vurub öldürəcək, biriləri əsnafdan xərac alacaq, o birisi camaatın qadınına göz dikəcək..
Polis qanunun aliliyinin təminatıdır.
Qanunun əsas qüvvəsi hüquq-mühafizə orqanıdır. İctimai dəyərləri aşılayır".