Gülbən Ərgən: "Ölkə alov-alov yanır, lüksünüzü paylaşmayın!"

Qardaş ölkə Türkiyədə yanğınlar davam etməkdədir. Türk milləti bu fəlakət səbəbilə dərindən sarsılıb. 
Müğənni Gülbən Ərgən sosial şəbəkələrdə gündəlik həyatlarından, gəznəklərindən paylaşım edənlərə irad bildirib. 
"Sherg.az" xəbər verir ki, o İnstaqram hesabında bunları yazıb:
"Yediyiniz-içdiyiniz, gəzdiyiniz, aldığınız hər şey halalınız olsun. Kimə nə? Bizə nə? Amma insan haram, zəhər olsun demək istəyir. Birlik olmaq hiss etməklə əlaqəlidir. Ölkə alov-alov yanır! Lüksünüzü paylaşmayın! Heç olmasa iki-üç gün insanın gözünə soxmayın".