Ərdoğan yanğın ərazilərini fəlakət bölgəsi elan etdi

Türkiyədə meşə yanğınlarından zərər çəkən bölgələr “ümumi həyata təsirli fəlakət bölgəsi” elan olunub.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında paylaşım edib.

“Millətimizin yaralarını sarımağa, zərərini ödəmək, imkanlarını əvvəlkindən də yaxşı hala gətirmək üçün zəruri bütün addımları atmağa davam edəcəyik”, - deyə dövlət başçısı bildirib.