Gəncədə baş verən qəzada bir nəfər xəsarət alıb 

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını ilə "VAZ 21011" markalı avtomobil toqquşub.

Qəza zamanı 1996-cı il təvəllüdlü Kazımov Elxan xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.