Jurnalistlərin münaqişə zonasında davranışlarına dair təlim proqramı...

Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzivə Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Əl Cəzirə Media Şəbəkəsinin Azərbaycan Media nümayəndələri üçün “Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda təlim proqramı başlayıb.

"Sherg.az"ın məlumatına görə, Seminar silsiləsinin açılış mərasimində BAMF-ın prezidenti Umud Mirzəyev, Mətbuat Şurasının Sədri Əflatun Amaşov, Medianın İnkişafı Agentliyinin Media subyektləri və Jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, Əl Cəzirə Media Şəbəkəsinin İctimi Azadlıqlar və İnsan haqları mərkəzinin direktoru, nümayəndə heyətinin rəhbəri Sami Əl Hacc və beynəlxalq təlimçi Bevan David Ris çıxış edərək təlim proqramının iştirakçılarını mövzu ətrafında təqdim ediləcək mühazirələrə diqqətlə yanaşmağı tövsiyə edərək, eyni zamanda onları müzakirələrdə fəal olmağa çağırıbSeminar qaydaları ilə tanışlıqdan sonra təlim proqramına start verilib və “Jurnalistlər üçün Risk Təhlili və Əməliyyat Planlaşdırılması” mövzusunda ilk mühazirə dinlənilib. Daha sonra digər çıxışlarda “Xəbər toplamaqda riskin qiymətləndirilməsi” və “Ballistik təhlükə” məsələlərinə də toxunulub.

Qeyd edək ki, 1-5 avqust 2021-ci il tarixlərini əhatə edəcək təlim proqramında müxtəlif media subyektlərindən 25 nümayəndə iştirak edəcək.