Pul bazasının artması inflyasiya təzyiqlərini də gücləndirir

2021-ci ilin əvvəlindən Azərbaycanda pul bazası 5,6% artıb. Belə ki, ölkədə pul bazasının həcmi iyulun 30-na 15,956 mlrd. manat təşkil edib ki, bu da indiyədək qeyd olunan ən yüksək göstəricidir.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında qeyd edib ki, pul bazasının artması o deməkdir ki, pul dövriyyəsi artıb.

O qeyd edib ki, pul dövriyyəsinin artmasının müsbət cəhətləri var:

"Pul dövriyyəsinin artması iqtisadi canlamanın işarəsidir. Amma mənfi tərəfləri də var. Mənfi tərəfi odur ki, pul bazasının artması inflyasiya təzyiqlərini də gücləndirir. Yəni qiymət artımını da sürətləndirir. Necə ki, biz bunu indi müşahidə edirik".