Fidan əkməkdənsə, evi yananlara yardım göstərin

Türkiyədə günlərdir davam edən yanğınlarla yanaşı içlərində məşhur simaların da olduğu vətəndaşlar məhv olan meşələri yenidən bərpa etmək üçün "Tema Vakfı"na ianələr edərək fidan əkmə kompaniyasına qoşulub.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, məşhur aktrisa Burcu Biricik mövzu ilə bağlı paylaşım edərək insanları yanğından zərər görən əhaliyə yardıma yönləndirilməli olduğunu diqqətə çatdırıb:

"Baxın dostlar, "Tema" da daxil olmaqla hər hansı bir fidan ianəsi kampaniyası həqiqətən mənasızdır. Zəhmət olmasa, enerjinizi bunları paylaşmağa deyil, bölgədə yanan evlərin sahiblərinə, ehtiyacı olanlara yardım çatdırmağa sərf edin.
Meşələr yenidən fidan tikməklə qoruna bilməz. O ərazinin özü-özünün bərpa etməsini gözləyəcəyik. Tək qalıcı həll yolu budur. O bölgəyə bina da, fidan da tikdirməməliyik.

Bu keçən həftə Sinopda çəkdiyim fotodur. Buraxın, meşə özü-özünü bərpa etsin. Öz toxumlanmasını aparıb, düzələcək. İllər alacaq, amma üsul budur. Heç birimiz təbiətdən daha güclü, daha doğru deyilik.

Hər kəsin artıq cibindən çıxa biləcək son 3-5 lirə yardım fidan üçün deyil, yanğından sonra evlərini itirən insanların ehtiyacları üçün istifadə olunsa, əcəba?"