Türk hər zaman öz əzəmətini qorumağı bacarır

“Türkiyəmizin ekololi terrora məruz qoyulmasını fetoçuların çevriliş cəhdi ilə eyni hesab edirəm”. 

Sherg.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müavini, politoloq Azər Qasımov deyib.

O qeyd edib ki, Türkiyə hal-hazırda terrora məruz qalır:

“Millət olaraq hamımızın ayaqda olması, bu terrora birlikdə cavab verməyimiz mütləqdir. İstər dövlətlərimizin, istərsə də xalqımızın birliyi bu hücuma veriləcək ən böyük cavab olacaq. Düşmənlərimiz bizləri sınayırlar. Hesab edirəm ki, bu sınaq bizlər üçün son ciddi sınaq olmaqla yanaşı Türk dünyasının yüksəlişinin, birliyinin nümayişi olacaq.Düşmənlər hesab etməsin ki, bununla bizləri dizə gətirə biləcəklər. Türk hər zaman öz vüqarını, əzəmətini qorumağı bacarır və bundan sonra da bacaracaq!
Yanğından iki gün öncə PKK-nın həbsdə olan başçısı Öcalanın insult ya nəsə ciddi problem keçirdiyi xəbərini mətbuatdan oxumuşdum. Hesab edirəm ki, bu terror aktı PKK- nın, eləcə də, onlara dəstək verən ölkələrin buna cavabıdır”.

A.Qasımov əlavə edib ki, yanğınların söndürülməsində müəyyən problemlər və çatışmazlıqlar ola bilər:

“Türk milləti heç vaxt kimsəyə boyun əyməyib, bundan sonra da əyməyəcək! Daha böyük qüvvə ilə Türkiyəyə getməliyik. Bu terror bizləri daha gücləndirəcək. Daha böyük amallara doğru daha da qətiyyətlə getməyə sövq edəcək. Bizlər daha da böyük olmayınca bizlərdən əl çəkməyəcəklər”.