"Eyni vaxtda 30-dan artıq yerdə yanğınının olması təxribardır" - "Əllər" görünür...

"Neçə gündür qardaş Türkiyənin bir neçə vilayətində meşə yanğınları tüğyan edir".
Bu barədə "Sherg.az"a "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib. 
Siyasi şərhçi bildirib ki, heç şübhəsiz ki, baş verən təbii fəlakətlərə aid deyil: 
"Baş verənlərin arxasında təxribatın olması görünəndir. Ona görə ki, eyni vaxtda 30-dan artıq yerdə meşə yanğınının olması təxribardır. 
Hesab edirəm ki, bu təxribatın arxasında PKK və digər maraqlı tərəflər var. Türkiyəyə yaxın və dost olan dövlətlər öz yardımlarını təklif ediblər. Onların arasında Azərbaycan, Pakistan, Ukrayna və digər ölkələr ön sırada gəlirlər. Türkiyədə baş verən meşə yanğınları nəticəsində bir neçə dinc sakin, çox sayda mal-qara və təsərrüfat məhsulları yanaraq külə dönüb. Bu meşə yanğınları zamanı həlak olanlarla əlaqədar olaraq Türkiyəmizin acısını paylaşırıq".