Yunanıstanda meşə yanğınları: yaralılar var

Yunanıstanın Ziria bölgəsində güclü meşə yanğınları davam edir.
Artıq 4 yaşayış məntəqəsi, uşaq düşərgəsi və bir otelin turistləri təxliyə olunub.
Yanğını söndürmək üçün 95 yanğınsöndürən maşın, 4 təyyarə və helikopterlər cəlb olunub.

***
Yunanıstanda davam edən meşə yanğınları nəticəsində 5 nəfər yaralanıb, 10 ev isə yanaraq külə dönüb.
Yeni məlumata əsasən, yanğını söndürmək üçün təxminən 145 yanğınsöndürən, 50 yük maşını, 8 amfibiya təyyarəsi və helikopter səfərbər edilib.
Bölgənin 4 kəndində, habelə sahildəki Loqqos turizm kurortunda evakuasiya işlərinə başlanılıb.