Tokio-2020: Rafiq Hüseynov qələbə qazanıb, Manolova uduzub 

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
"Report"un məlumatına görə, 77 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda isveçli Aleks Kessidislə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hüseynov sonuncu xalı qazandığı üçün 1/4 finala yüksəlib. O, bu raundda Akjol Mahmudova (Qırğızıstan) görüşəcək.
07:37
Azərbaycanın qadın güləşçisi Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gəlib.
Manolova rəqibinə 13:2 hesabı ilə uduzub. Oborududu finala çıxacağı təqdirdə Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.