Nikol Paşinyan Ermənistanın Baş naziri təyin olundu

Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın Baş nazir təyin edilməsi barədə fərman imzalayıb.  
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl parlament üzvlərinin əksəriyyəti Nikol Paşinyanın baş nazir postuna namizədliyini irəli sürmüşdü.