Səhiyyə nazirinin müavini: "İranda koronavirusdan ölüm halları 38 faiz artıb"

"Ölkənin şəhərlərinin 90 faizində koronavirusun yayılması təhlükəli həddədir".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın səhiyyə nazirinin müavini İrəc Hərirçi Dövlət Televiziyasına müsahibəsində deyib.

O bildirib ki, Nazirliyin proqnozuna görə, gələn bir ay və ay yarım ərzində ölkədə koronavirusdan ölənlərin sayı gündəlik 600 nəfərə çatacaq.

Nazir müavini qeyd edib ki, əgər sağlamlıq protokollarına əməl olunmazsa, gündəlik ölüm sayı 800 nəfərə də çata bilər.

İ.Hərirçi qeyd edib ki, İranda koronavirusdan ölüm halları 38 faiz artıb və ölənlərinin sayının artma tempi də davam edir.

Onun sözlərinə görə, ölkədə sağlamlıq protokolları 39 faiz əməl olunur.