Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 844 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 195 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 041 622, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 924 126, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 117 496 təşkil edir.