Füzulidə daha 4 erməninin qalıqları tapılıb

İşğaldan azad olunmuş Füzuli rayonunda daha 4 erməninin qalıqları aşkar olunub.

APA-nın xəbərinə görə, bu barədə “news.am” saytı məlumat yayıb.
Ermənilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1 623 erməninin  cəsədi və ya qalıqları tapılıb.