Anatoliy Rudakov koronavirusdan öldü

Rusiyanın Əməkdar artisti Anatoliy Rudakov vəfat edib.
"Sherg.az" axşam.az-a istinadən bildirir ki, 72 yaşlı aktyor müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. 
Qeyd edək ki, Anatoli Rudakov "Dəniz şeytanları", "Fənərləri sınmış küçələr", "Çağırış", "Milli Təhlükəsizlik Agenti", "Kapitan Qrantın axtarışında", "Şerlok Xolmes" kimi məşhur filmlərdəki obrazları ilə tanınıb.