“Artıq söz deyəcəyim kimsəm yoxdur”

Xalq artisti Fəxrəddin Manafov növbəti doğum günün qeryd edir. 
“Sherg.az” xəbər verir ki, sevilən aktyor “ASAN Radio”nun qonağı olub. Sənətkar yeni yaşında necə hiss etdiyindən danışıb:
“Mənim  üçün ikiqat bayramdır. Çünki avqustun ikisi həm də Azərbaycan Kinosu günüdür. Nə xoş ki növbəti yaşımı ruhən azadlıqda qeyd edirəm. Altmış altı illik ömrümdə Vətənlə bağlı ən çox xoşbəxt olduğum günləri son Qarabağ Savaşında yaşadım. Həyatımda bu qədər ağlamamışdım. Efirdə də qəhərimi gizlədə bilmirdim. 

Ali Baş Komandanımız, hörmət edib, sevdiyim, dahi insan cənab İlham Əliyev  bizə, mənə ruh azadlığı bəxş etdi. Otuz ildir  o  yükü çiyinlərimizdə, beynimizdə, yaddaşımızda daşıyırdıq.

Artıq  inamımız azalırdı. Təbii ki, ümid edirdik. Torpaqlarımızın bir gün işğaldan azad olunacağına inanırdım. Lakin qorxurdum ki, ömrüm  çatmaz. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun. Alli Baş Komandanın və müzəffər  ordumuzun qarşısında baş əyirəm. Doğum günü  adi bir gündür. Ən gözəli odur ki,  66 yaşımda bu sevinci yaşayıram”.

Aktyor  yaxın zamanda dünyasını dəyişən həyat yoldaşı Vahidə Sadıqovadan da söz açıb:

“Böyük ağrı ilə deyirəm ki, ən yaxınım vəfat etdi. Səhər gözüm açanda, gecə yuxuda, axşam yatmazdan  öncə bu ağrını  duyuram . Fikirləşirəm ki, mənim üçün ömrün qəribə bir dövrü başladı.  Vaxtilə anama-atama  demədiyimi Vahidəyə söyləyirdim. Artıq söz deyəcəyim kimsəm yoxdur”.