Qazaxda baş verən qəzada 3 nəfər xəsarət alıb

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kosalar kəndində qeydə alınıb.Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.