Türkiyədə rus turistləri daşıyan avtobusun aşması nəticəsində ölənlərin sayı artıb

Antalyada turist avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, daha bir rusiyalı turistin ölümü ilə qəzada həlak olanların sayı 4 nəfərə çatıb.

Bütövlükdə, Rusiyanın Samara şəhərindən gəlmiş turistləri daşıyan avtobusda 22 nəfər sərnişinin olduğu bildirlib. 

Yaralıların 4 mütəlif xəstaxanalarda yerləşdirildiyi qeyd olunub.